Qazaxıstanda dövlət müşaviri vəzifəsi LƏĞV OLUNUR - Admenasi
Dunyada

Qazaxıstanda dövlət müşaviri vəzifəsi LƏĞV OLUNUR

Qazaxıstan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi Yerjan Jiyenbayev Konstitusiya İslahatları Komissiyasının ilk iclasında vitse-prezidentlik institutu və onun səlahiyyətləri ilə bağlı dəyişikliklərdən danışıb.

Oxu.Az xəbər verir ki, məlumatı “Kazinform” yayıb.

Y.Jiyenbayevin sözlərinə görə, vitse-prezidentin təyinatı prezident tərəfindən qurultayın razılığı ilə həyata keçiriləcək. Prezidentin həmçinin vitse-prezidenti vəzifədən azad etmək hüququ olacaq. Dövlət başçısının tapşırığı ilə vitse-prezident ölkəni həm beynəlxalq arena, həm də qurultay, hökumət və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrdə təmsil edəcək. Onun digər səlahiyyətləri prezident tərəfindən müəyyən ediləcək.

Vitse-prezidentlik institutunun tətbiqi ilə əlaqədar olaraq, dövlət müşaviri ilə bağlı müddəaların konstitusiyadan çıxarılması planlaşdırılır. Həmçinin vitse-prezident vəzifəsi üçün tələblərin konstitusiya səviyyəsində müəyyən edilməsi təklif olunur.

Xüsusilə, vitse-prezident heç bir siyasi partiyanın və nümayəndəlik orqanının üzvü olmamalı, digər ödənişli vəzifələr tutmamalı və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalıdır.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsinin təsis edildiyini Milli Qurultayın iclasında elan etmişdi.

Mənbə: https://sonxeber.az/386070/qazaxistanda-dovlet-musaviri-vezifesi-legv-olunur

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button