Qarlı havada himnini coşqu ilə oxuyan şagird sosial mediada gündəm oldu - VİDEO - Admenasi
Maraqli

Qarlı havada himnini coşqu ilə oxuyan şagird sosial mediada gündəm oldu – VİDEO

Türkiyənin Bitlis vilayətinin Mutki rayonunda güclü qar yağışına baxmayaraq İstiqlal Marşını böyük coşqu ilə oxuyan bir şagird sosial mediada geniş maraq doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Atatürk ibtidai məktəbində lentə alınan görüntülərdə azyaşlı şagirdin soyuq hava və yağan qara əhəmiyyət vermədən marşı ürəkdən ifa etdiyi anlar əks olunub. Onun səmimiyyəti və vətənpərvərlik ruhu izləyənləri duyğulandırıb.

Şagirdin qətiyyəti və həyəcanı qısa müddətdə sosial şəbəkələrdə yayılıb, minlərlə bəyənmə və təqdir dolu şərh toplayıb. Kadrlarda çətin hava şəraitinə baxmayaraq milli dəyərlərə sahib çıxan uşağın həssaslığı bir daha diqqətə çatdırılıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387542/qarli-havada-himnini-cosqu-ile-oxuyan-sagird-sosial-mediada-gundem-oldu-video

Mənbə: https://sonxeber.az/387542/qarli-havada-himnini-cosqu-ile-oxuyan-sagird-sosial-mediada-gundem-oldu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button