“Qarabağ”ın pley-off mərhələsində möhtəşəm potensial rəqiblər- adlar.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu həftə yekun vurulur. BAKU.WS xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”ın pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə apara biləcək.
UEFA-nın qaydalarına əsasən, Liqa mərhələsində 9-cu-10-cu yerdə qərarlaşan komandalar 23-24-cü yerlərdəki klublarla, 11-cilər 21-ci-22-ci yerlərlə, 13-cülər 19-cu-20-ci yerlərlə, 15-ci-16-cılar isə 17-ci-18-ci yerlərlə qarşılaşacaqlar.
Hazırkı vəziyyətdə 18-ci yerdə qərarlaşan “Qarabağ” Liqa mərhələsini bu sırada başa vursa, 15-ci və ya 16-cı yerdə qərarlaşan “Yuventus” və ya “Borussiya Dortmund” ilə qarşılaşa bilər. Pley-off mərhələsinin qalibi isə 1/8 finalda ən güclülərlə, “Arsenal” (1-ci yer) və ya “Bavariya” (2-ci yer) ilə üz-üzə gələcəkdir.
Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab oyunları isə 24-25-də keçiriləcəkdir.
Mənbə: https://sonxeber.az/386211/qarabagin-pley-off-merhelesinde-potensial-reqibleri-adlar



