"Qarabağ"ın oyununa nə qədər bilet satılıb? - Admenasi
Idman

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”la oyunu üçün satılan bilet sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, artıq matça 26 min 500 ədəd bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Mənbə: https://sonxeber.az/385801/qarabagin-oyununa-ne-qeder-bilet-satilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button