"Qarabağ"ın iki potensial rəqibi açıqlandı - Admenasi
Idman

“Qarabağ”ın iki potensial rəqibi açıqlandı

UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran “Qarabağ” klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya “Nyukasl” (İngiltərə) komandalarından birinə rəqib olacaq.

Qeyd edək ki, “köhlən atlar” Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək.

Mənbə: https://sonxeber.az/386459/qarabagin-iki-potensial-reqibi-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button