“Qarabağ” “Nyukasl”a qarşı – Start heyətlər

Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Gecənin digər oyunlarında “Budyo Qlimt” “İnter”lə, “Brügge” “Atletiko Madrid”lə, “Olimpiakos” isə “Bayer Leverkuzen”lə qarşılaşacaq.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Mənbə: https://sonxeber.az/388151/qarabag-nyukasla-qarsi-start-heyetler



