"Qarabağ" - "Nyukasl" matçının biletləri bu gün satışa çıxacaq - Admenasi
Idman

“Qarabağ” – “Nyukasl” matçının biletləri bu gün satışa çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçının biletləri bu gün, saat 12:00-da satışa çıxacaq.

Bu barədə “Qafqazinfo”na Azərbaycan təmsilçisindən məlumat verilib.

Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Mənbə: https://sonxeber.az/387609/qarabag-nyukasl-matcinin-biletleri-bu-gun-satisa-cixacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button