“Qarabağ”-“Nyukasl” matçına bu qədər bilet satıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” (İngiltərə) qarşılaşmasına olan maraq bilet satışlarında özünü göstərir.
“Qafqazinfo” Ağdam klubunun rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, fevralın bu gün saat 12:00-da satışa çıxarılan biletlərdən artıq 18.750 ədədi öz sahibini tapıb.
Stadionun ümumi tutumunu nəzərə alsaq, biletlərin böyük hissəsinin satışın ilk saatlarında tükəndiyi məlum olur.
Xatırladaq ki, “Qarabağ” və “Nyukasl” arasındakı ilk görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-də İngiltərədə, “Sent-Ceyms Park” stadionunda keçiriləcək.
Mənbə: https://sonxeber.az/387679/qarabag-nyukasl-matcina-bu-qeder-bilet-satildi



