"Qarabağ" Nəriman Axundzadəni ABŞ klubuna satdı (RƏSMİ) - Admenasi
Idman

“Qarabağ” Nəriman Axundzadəni ABŞ klubuna satdı (RƏSMİ)

“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kru”ya mümkün keçidi ilə bağlı məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.

“Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq”.

Mənbə: https://sonxeber.az/387451/qarabag-neriman-axundzadeni-abs-klubuna-satdi-resmi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button