“Qarabağ” “Ayntraxt”a qarşı – Start heyətlər

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ÇL-in Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edəcək.
Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu, “Qarabağ”ın ÇL-də son ev oyunudur. Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 7-ci tur
Hakimlər: Sandro Şerer (İsveçrə). Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
“Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
Mənbə: https://sonxeber.az/385858/qarabag-ayntraxta-qarsi-start-heyetler



