Qar yağacaq, külək güclənəcək - SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Admenasi
Hadise

Qar yağacaq, külək güclənəcək – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Mənbə: https://sonxeber.az/386781/qar-yagacaq-kulek-guclenecek-son-deqiqe-xeberdarligi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button