Qanvermə aksiyasında iştrak edənlərə oyuna bileti hədiyyə edildi - Admenasi
Sosial

Qanvermə aksiyasında iştrak edənlərə oyuna bileti hədiyyə edildi

Türk Qızılayı tərəfindən Samsunspor komandasının 37 il əvvəl keçirdiyi faciəvi yol qəzasının ildönümü münasibətilə qanvermə aksiyası təşkil olunub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Samsunda keçirilən kampaniya çərçivəsində qan verən vətəndaşlara forma və futbol oyunu na bileti hədiyyə olunub.

Aksiyanın əsas məqsədi həm faciədə həyatını itirənləri anmaq, həm də cəmiyyətdə qanvermə ilə bağlı maarifləndirməni artırmaqdır. Kampaniyanın böyük maraq gördüyü bildirilir.

Tədbir iştirakçıları bu təşəbbüsün həm sosial məsuliyyət baxımından əhəmiyyətli olduğunu, həm də idman azarkeşlərini qanverməyə təşviq etdiyini vurğulayıblar.

Mənbə: https://sonxeber.az/385802/qanverme-aksiyasinda-istrak-edenlere-oyuna-bileti-hediyye-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button