Qadına küçənin ortasında amansız hücum: Şübhəli qaçdı – VİDEO

İstanbulun Fatih rayonunda baş verən zorakılıq hadisəsi cəmiyyətdə ciddi narazılıq doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir kişi mübahisə etdiyi qadını küçənin ortasında dəfələrlə yumruqlayaraq ağır şəkildə döyüb. Ətrafdakı insanların qorxu dolu baxışları qarşısında baş verən hadisədən sonra şübhəli şəxs avtomobilə minərək ərazidən uzaqlaşıb.
Hadisə anları ərazidə olan bir vətəndaş tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Kadrlarda qadına qarşı tətbiq olunan zorakılıq açıq şəkildə görünür.
Görüntülərin yayılmasından sonra hüquq-mühafizə orqanları hadisəyə müdaxilə edib. Polis şübhəlinin şəxsiyyətini müəyyənləşdirmək və saxlanılması üçün genişmiqyaslı araşdırmalara başlayıb. Hadisə ilə bağlı istintaq davam edir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387544/qadina-kucenin-ortasinda-amansiz-hucum-subheli-qacdi-video
Mənbə: https://sonxeber.az/387544/qadina-kucenin-ortasinda-amansiz-hucum-subheli-qacdi-video



