Qadın sahibkar soyğunçulara müqavimət göstərdi: 2 nəfəri şillə ilə qovdu - VİDEO - Admenasi
Hadise

Qadın sahibkar soyğunçulara müqavimət göstərdi: 2 nəfəri şillə ilə qovdu – VİDEO

Çorlu rayonunda bir qadın sahibkar dükanına soyğun məqsədilə daxil olan iki nəfərə sərt reaksiya göstərərək onları iş yerindən qovub. Hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, üzlərini qara maska ilə gizlədən iki şəxs dükanına daxil olaraq soyğuna cəhd edib. Şübhəlilər içəri daxil olduqları anda qadın sahibkarla üz-üzə gəliblər.

Təhlükəsizlik kamerası görüntülərinə əsasən, qadın sahibkar maskalı şəxslərə sərt şəkildə etiraz edib, onlara qışqıraraq şillə vurub. Gözləmədikləri müqavimətlə qarşılaşan şübhəlilər qısa müddət ərzində obyekti tərk edərək hadisə yerindən uzaqlaşıblar.

Hadisədən sonra polis əməkdaşları araşdırmalara başlayıb. Şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub və qadın sahibkarın cəsarətli davranışı müxtəlif reaksiyalar doğurub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/387722/qadin-sahibkar-soygunculara-muqavimet-gosterdi-2-neferi-sille-ile-qovdu-video

Mənbə: https://sonxeber.az/387722/qadin-sahibkar-soygunculara-muqavimet-gosterdi-2-neferi-sille-ile-qovdu-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button