Qadın ev yoldaşının böhtanına görün necə reaksiya verdi – VİDEO

İstanbulda bir qadın ev yoldaşının onun barəsində “pavyonda işləyir” ifadəsini işlətdiyini öyrəndikdən sonra əsəbi böhran keçirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı qadın ev yoldaşının otağının şüşəsini sındırıb və “Sən məni nə vaxt pavyonda işləyən görmüsən?” deyə etiraz edib. Gərgin anlar mobil telefon kamerası ilə qeydə alınıb.
Görüntülərdə qadının qəzəb içində otağın şüşəsini qırdığı və ev yoldaşına qarşı sərt reaksiya göstərdiyi görünür. Hadisə zamanı ətrafdakı şəxslər tərəfləri sakitləşdirməyə çalışıb.
Baş verənlər sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub. İstifadəçilər qadının adına atılan böhtana və psixoloji təzyiqə etiraz edərək ona dəstək ifadə ediblər.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385215/qadin-ev-yoldasinin-bohtanina-gorun-nece-reaksiya-verdi-video
Mənbə: https://sonxeber.az/385215/qadin-ev-yoldasinin-bohtanina-gorun-nece-reaksiya-verdi-video



