Dunyada
Puşkinlə eyni tarixdə vəfat etdi

Rus şairi Aleksandr Puşkinin nəvəsinin nəticəsi (təqribən dördüncü nəsil nəticəsi) Vyaçeslav Qütsko vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə Puşkin adına Dövlət Muzeyi teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Qütsko yanvarın 29-da 89 yaşında dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü açıqlanmasa da qeyd edilib ki, Qütskonun vəfat etdiyi tarix Puşkinin ürəyinin dayandığı tarixlə üst-üstə düşüb
Mənbə: https://sonxeber.az/387299/puskinle-eyni-tarixde-vefat-etdi



