Pulsuz hüquqi yardım mexanizmləri hansılardır və kimlər bundan yararlana bilər? - Admenasi
Sosial

Pulsuz hüquqi yardım mexanizmləri hansılardır və kimlər bundan yararlana bilər?

Azərbaycanda bir çox vətəndaş hüquqlarının pozulması ilə üzləşsə də, maddi imkanların məhdudluğu səbəbindən hüquqi müdafiə mexanizmlərindən istifadə etməkdə çətinlik çəkir.

Halbuki qanunvericilik müəyyən hallarda dövlət hesabına hüquqi yardım göstərilməsini nəzərdə tutur.

Beləliklə, pulsuz hüquqi giúpım əsasən cinayət işləri üzrə müdafiə hüququnun təmin edilməsi, aztəminatlı şəxslərin məhkəmə xərclərindən azad olunması və ilkin hüquqi məsləhətlərin göstərilməsi formasında həyata keçirilir. Vətəndaşın bu hüquqdan yararlanması üçün onun maddi vəziyyəti və işin xarakterinə hüquqi qiymətləndirmə predmetinə çevrilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən pulsuz hüquqi yardım bir neçə formada təqdim olunur. İlk növbədə, cinayət prosesi çərçivəsində müdafiə hüququ konstitusion təminata malikdir. Azərbaycan Respublikası Konstitusiyasına və Cinayət-Prosessual Məcəlləyə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin vəkil tutmaq imkanı yoxdursa və ya maddi imkanı buna yol vermirsə, dövlət hesabına vəkil təyin edilir. Bu vəkillər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vasitəsilə cəlb olunur və onların xidmət haqqı dövlət büdcəsindən ödənilir. Xüsusilə azyaşlılar, fiziki və ya psixi qüsurları olan şəxslər üçün müdafiəçinin iştirakı məcburidir.

İnzibati xəta və ya bəzi mülki işlər üzrə isə birbaşa “dövlət vəkili” anlayışı hər zaman tətbiq olunmur. Lakin aztəminatlı şəxslər müəyyən hallarda məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edilə və ya ödənişin təxirə salınmasını xahiş edə bilərlər. Bu məsələ Mülki Prosessual Məcəllə ilə tənzimlənir və şəxsin maddi vəziyyəti məhkəmə tərəfindən qiymətləndirilir.

Bundan əlavə, “Hüquqi yardım haqqında” qanuna əsasən, bəzi dövlət qurumları və vəkillər tərəfindən ilkin hüquqi məsləhətlərin pulsuz verilməsi mümkündür. Eyni zamanda, müxtəlif icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən vətəndaş qəbulları zamanı hüquqi izah və istiqamətləndirmə təqdim olunur.

Məişət zorakılığı qurbanları, insan alverindən zərər çəkmiş şəxslər və bəzi sosial həssas qruplar üçün xüsusi müdafiə və hüquqi dəstək mexanizmləri də mövcuddur və bu hallarda hüquqi yardım prioritet qaydada təmin edilir.

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az-a açıqlama verib:

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən pulsuz hüquqi yardım bir neçə formada təqdim olunur. İlk növbədə, cinayət prosesi çərçivəsində müdafiə hüququ konstitusion təminata malikdir. Azərbaycan Respublikası Konstitusiyasına və Cinayət-Prosessual Məcəlləyə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin vəkil tutmaq imkanı yoxdursa və ya maddi imkanı buna yol vermirsə, dövlət hesabına vəkil təyin edilir. Bu vəkillər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vasitəsilə cəlb olunur və onların xidmət haqqı dövlət büdcəsindən ödənilir. Xüsusilə azyaşlılar, fiziki və ya psixi qüsurları olan şəxslər üçün müdafiəçinin iştirakı məcburidir.

İnzibati xəta və ya bəzi mülki işlər üzrə isə birbaşa “dövlət vəkili” anlayışı hər zaman tətbiq olunmur. Lakin aztəminatlı şəxslər müəyyən hallarda məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edilə və ya ödənişin təxirə salınmasını xahiş edə bilərlər. Bu məsələ Mülki Prosessual Məcəllə ilə tənzimlənir və şəxsin maddi vəziyyəti məhkəmə tərəfindən qiymətləndirilir.

Bundan əlavə, “Hüquqi yardım haqqında” qanuna əsasən, bəzi dövlət qurumları və vəkillər tərəfindən ilkin hüquqi məsləhətlərin pulsuz verilməsi mümkündür. Eyni zamanda, müxtəlif icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən vətəndaş qəbulları zamanı hüquqi izah və istiqamətləndirmə təqdim olunur.

Məşət zorakılığı qurbanları, insan alverindən zərər çəkmiş şəxslər və bəzi sosial həssas qruplar üçün xüsusi müdafiə və hüquqi dəstək mexanizmləri də mövcuddur və bu hallarda hüquqi yardım prioritet qaydada təmin edilir.

Beləliklə, pulsuz hüquqi yardım əsasən cinayət işləri üzrə müdafiə hüququnun təmin edilməsi, aztəminatlı şəxslərin məhkəmə xərclərindən azad olunması və ilkin hüquqi məsləhətlərin göstərilməsi formasında həyata keçirilir. Vətəndaşın bu hüquqdan yararlanması üçün onun maddi vəziyyəti və

Mənbə: https://sonxeber.az/388626/pulsuz-huquqi-yardim-mexanizmleri-hansilardir-ve-kimler-bundan-yararlana-biler-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button