Psixoloqa maraqlı sual: “Ərim Sevgililər Günündə mənlə birgə 8 qadına eyni hədiyyəni göndərib” – VİDEO

Məşhur türk psixoloq Esra Ezmeci sosial mediada ünvanlanan bir sual qarşısında təəccübünü gizlədə bilməyib. Bir izləyicisinin həyat yoldaşının Sevgililər Günündə keçmiş həyat yoldaşları və sevgililəri də daxil olmaqla ümumilikdə 8 qadına eyni hədiyyəni aldığını bildirməsi üzərinə danışan Ezmeci bu davranışı açıq şəkildə “sədaqətsizlik” kimi qiymətləndirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sual ünvanlayan qadın bildirib ki, əri Sevgililər Günündə ona, iki keçmiş həyat yoldaşına və keçmiş sevgililərinə olmaqla ümumilikdə 8 nəfərə eyni hədiyyəni göndərib. Bu etiraf həm Ezmecini, həm də sosial media istifadəçilərini heyrətə salıb.
Hadisəni qəti ifadələrlə dəyərləndirən Esra Ezmeci keçmiş partnyorlara hədiyyə göndərilməsinin sadə nəzakət jesti kimi qəbul edilə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu davranış bitməmiş emosional bağların göstəricisidir.
“Hamını eyni tərəziyə qoymaq, mövcud həyat yoldaşını dəyərsizləşdirməkdir”, – deyə bildirən psixoloq xüsusi bir gündə keçmiş həyat yoldaşı və sevgililərə hədiyyə alınmasının həm indiki münasibətə, həm də qarşı tərəflərin həyatındakı yeni insanlara qarşı hörmətsizlik olduğunu qeyd edib.
Ezmeci əlavə edib ki, “Keçmişlə bağını qoparmağı bacarmayan insan sağlam münasibət qura bilməz”. O, izləyiciyə həyat yoldaşına münasibətini açıq şəkildə bildirməyi tövsiyə edib və Sevgililər Günü kimi sevgi ilə bağlı bir gündə 8 nəfərə eyni hədiyyə göndərilməsinin açıq şəkildə sədaqətsizlik kimi qiymətləndirilməli olduğunu deyib.
Məşhur psixoloqun bu açıqlamaları qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub və çoxsaylı istifadəçi məsələ ilə bağlı fikirlərini bölüşüb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387971/psixoloqa-maraqli-sual-erim-sevgililer-gununde-menle-birge-8-qadina-eyni-hediyyeni-gonderib-video



