Polisdən qaçan şəxs çayda ölü tapıldı - Admenasi
Hadise

Polisdən qaçan şəxs çayda ölü tapıldı

Türkiyənin Samsun vilayətinin Havza rayonunda polis nəzarətindən qaçan 44 yaşlı Şerafettin İkiz iki gün sonra çayda ölü vəziyyətdə tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, barəsində şərti azadlıq qərarı olan Şerafettin İkiz fevralın 3-də Amasya vilayətinin Suluova rayonunda keçirilən polis yoxlaması zamanı avtomobillə nəzarətdən yayınaraq qaçıb. Paşapınar ərazisinə çatdıqda o, avtomobili tərk edərək hadisə yerindən uzaqlaşıb. Onunla birlikdə olan digər şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Şerafettin İkizin evə qayıtmaması ailəni narahat edib və onlar Havza Jandarma Komandanlığına itkin düşmə ilə bağlı müraciət ediblər. Müraciətdən sonra AFAD və jandarma qüvvələri İkizin son dəfə görüldüyü ərazidə axtarışlara başlayıb.

Axtarışlar zamanı Paşapınar məhəlləsində Tersakan çayının su səviyyəsinin yüksəldiyi hissədə Şerafettin İkizə məxsus mobil telefon aşkarlanıb. Bu gün gecə saat 03:00 radələrində isə telefonun tapıldığı nöqtədən təxminən 2 kilometr aralıda, çayın üzərindəki körpünün altında onun cansız bədəni tapılıb.

Mərhumun meyiti müvafiq ekspertiza üçün Samsun Ədli Tibb Qrup Rəhbərliyinə göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az/387094/polisden-qacan-sexs-cayda-olu-tapildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button