Sosial
Polis uşağa öz corabını geyindirməsi ilə insanlıq nümunəsi və yaşıyıb – VİDEO

Türkiyənin Malatya şəhərində insanlıq nümunəsi ilə yadda qalan hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, stadionda xidmət başında olan polis əməkdaşı tribunada soyuqdan ayaqlarının üşüdüyünü gördüyü uşağa biganə qalmayıb.
Polis məmuru öz corablarını çıxararaq uşağa geyindirib. Həmin təsirli anlar tribunada olan digər azarkeş tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Sosial şəbəkələrdə yayılan görüntülər böyük rəğbətlə qarşılanıb, polis əməkdaşının bu davranışı isə nümunəvi və humanist addım kimi qiymətləndirilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386314/polis-usuyen-usaga-oz-corabini-geyindirdi-video
Mənbə: https://sonxeber.az/386314/polis-usuyen-usaga-oz-corabini-geyindirdi-video



