Polis əməkdaşları arasında silahlı münaqişə: 1 nəfər yaralandı - VİDEO - Admenasi
Hadise

Polis əməkdaşları arasında silahlı münaqişə: 1 nəfər yaralandı – VİDEO

Türkiyənin Bilecik şəhərində polis əməkdaşları arasında silahlı münaqişə baş verib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bilecik şəhərinin Bahçelievler küçəsində qeydə alınmışdır.

Kütahya İl Polis İdarəsində çalışan polis əməkdaşı S.Y. həyat yoldaşı ilə Bilecikdə qarşılaşanda ortaya yaranmış mübahisə qısa zamanda dava halına çevrilmişdir. Bu zaman S.Y. üzərindəki tapança ilə həmkarı H.Ç.-yə atəş açıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları ərazidə geniş təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə yerinə sonra jandarman qüvvələrinə təhvil verilib. Jandarmanın Hadisə Yeri Araşdırma qrupları ərazidə ətraflı baxış keçirib.

Ayağından yaralanan H.Ç. Bilecik Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən S.Y. isə saxlanılmış və istintaqa təhvil verilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385670/polis-emekdaslari-arasinda-silahli-insident-1-nefer-yaralandi-video

Mənbə: https://sonxeber.az/385670/polis-emekdaslari-arasinda-silahli-insident-1-nefer-yaralandi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button