Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlik xəbərdarlıq etdi - Admenasi
Sosial

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq – Nazirlik xəbərdarlıq etdi

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məhvetmə prosesi fevralın 2-6-da təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – nazirlikdən bildirilib.

Mənbə: https://sonxeber.az/386822/pirekeskul-ve-agderede-partlayislar-olacaq-nazirlik-xeberdarliq-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button