Pensiyalar artımlarla birgə ödənildi - Admenasi
Sosial

Pensiyalar artımlarla birgə ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin Naxçıvan MR üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Mənbə: https://sonxeber.az/387710/pensiyalar-artimlarla-birge-odenildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button