Paytaxtda oğurluq edən beş nəfər saxlanılıb - Admenasi
Hadise

Paytaxtda oğurluq edən beş nəfər saxlanılıb

Sonxeber.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlandığını bildirib.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.

Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.

Rayon ərazisində qeydə alınan digər oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən 24 yaşlı N.Sadıqova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə: https://sonxeber.az/385519/paytaxtda-ogurluq-eden-bes-nefer-saxlanilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button