Pakistanda məsciddə partlayış: 31 nəfər ölüb, 169 nəfər yaralanıb – VİDEO

Pakistanın paytaxtı İslamabadda bir məsciddə cümə namazı zamanı baş vermiş partlayış nəticəsində 31 nəfər həlak olub, 169 nəfər isə yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İslamabadın Shehzad Town bölgəsində şiələrə məxsus olduğu bildirilen İmam Bargah Məscidində cümə namazı zamanı partlayış baş verib. Polis açıqlayıb ki, partlayışda ən azı 31 nəfər həyatını itirib, 169-dan çox insan yaralanıb.
Rəsmi mənbələr partlayışın təbiətini müəyyən etmək üçün hələ erkən olduğunu və hüquq-mühafizə orqanlarının, eləcə də tibbi ekspertlərin bunun intihar hücumu və ya yerləşdirilmiş bomba olub-olmadığını araşdırdığını bildiriblər. Yaralıların əksəriyyəti müxtəlif tibb müəssisələrinə çatdırılıb.
İslamabadın Poliklinik Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA Xəstəxanasında fövqəladə vəziyyət elan edilib. Təcili yardım və polis briqadaları məscid ətrafında axtarış-xilasetmə və araşdırma işlərini davam etdirir.
Pakistan Prezidenti Asif Ali Zerdari ABŞ mərkəzli X şirkətinin sosial media platformasında partlayışla bağlı açıqlama yayıb. O, həyatını itirənlərin ailələrinə başsağlığı verərək, “Məsum mülki şəxsləri hədəf almaq insanlığa qarşı cinayətdir” deyib. Zerdari yaralıların ən qısa zamanda sağalması üçün bütün tibbi imkanların təmin olunması göstərişi verib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387151/pakistanda-mescidde-partlayis-31-nefer-olub-169-nefer-yaralanib-video
Mənbə: https://sonxeber.az/387151/pakistanda-mescidde-partlayis-31-nefer-olub-169-nefer-yaralanib-video



