Özcan Deniz bütün inciklikləri kənara qoydu: Anası üçün səfərbər oldu

Türkiyəli məşhur sənətçi Özcan Deniz səhhəti ağırlaşan anası Kadriye Deniz üçün bütün imkanlarını səfərbər edib. Xərçəng xəstəliyindən əziyyət çəkən və Aydın şəhərində müalicə alan Kadriye Deniz daha geniş tibbi yardım ala bilməsi üçün İstanbula gətirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Özcan Deniz anasının xüsusi tibbi nəqliyyatla – təcili yardım avtomobili vasitəsilə təhlükəsiz şəkildə köçürülməsini təmin edib. Sənətçi bu prosesə ailə üzvlərini də cəlb edərək müalicə mərhələsini yaxından izləyib.
Qeyd edək ki, Özcan Deniz son dövrlər ailə üzvləri ilə yaşadığı anlaşılmazlıqlar səbəbilə gündəmə gəlmiş, bəzi iddialarda onun xəstə olan anası ilə kifayət qədər maraqlanmadığı irəli sürülmüşdü. Lakin sənətçinin bu addımı sözügedən iddialara cavab kimi dəyərləndirilib.
Mənbə: https://sonxeber.az/387095/ozcan-deniz-butun-inciklikleri-kenara-qoydu-anasi-ucun-seferber-oldu



