Sosial
Özəl məktəblərdə çalışan müəllimlərin də sertifikasiyadan keçməsi təklif edilib

Özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması vacibdir.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, özəl və dövlət təhsil müəssisələrində müəllimlərin fəaliyyətinə dair vahid yanaşma tətbiq olunmalıdır:
“Təhsilverənlərin sertifikasiyası qanunla tənzimləndiyindən bu tələblər özəl təhsil müəssisələrinə də şamil edilməlidir. Müəllimlər sertifikasiyadan keçdikləri halda onların əməkhaqlarına tətbiq olunan 10 və 35 faiz əlavələrin ödənilməsi həmin özəl təhsil müəssisəsini təsis edən qurumun öhdəliyində olmalıdır”.



