Oyuncaq dükanına dadanan oğrular bu dəfə tutuldu!

İstanbulun Kadıköy rayonunun Caferağa məhəlləsində ötən həftə bir oyuncaq mağazasından oğurluq edən 3 nəfər şübhəli eyni dükana yenidən gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu dəfə mağaza sahibi tərəfindən fərq edilən şübhəlilər qısa müddətli əlbəyaxa qarşıdurmadan sonra hadisə yerindən qaçmağa müvəffəq olublar.
Məlumata görə, ötən həftə Muvakkıthane küçəsində yerləşən oyuncaq mağazasına gələn şübhəlilər alış-veriş edirmiş kimi davranaraq mağaza sahibinin diqqətsizliyindən istifadə edib, oyuncaqların pulunu ödəmədən qaçıblar. Hadisəni sonradan anlayan mağaza sahibi dərhal müdaxilə edə bilməyib.
Eyni şəxslər bir həftə sonra yenidən mağazaya gəlib və oxşar üsula əl atıblar. Lakin bu dəfə mağaza sahibi şübhələnərək onların yanına yaxınlaşıb, təhlükəsizlik kamerasının görüntülərini göstərib. Şübhəlilərdən birini saxlamağa çalışan sahib ilə oğrular arasında qısa gərginlik yaşanıb. Buna baxmayaraq, şübhəlilər hadisə yerindən qaçıblar.
Baş verən hadisə ilə bağlı polis araşdırmalara başlayıb.
Mənbə: https://sonxeber.az/385938/oyuncaq-dukanina-dadanan-ogrular-bu-defe-tutuldu



