Ovladıqları balığı bölmək uğrunda mübarizə aparan pişiklər sosial mediada gündəm olub – VİDEO

İzmir şəhərində dəniz kənarında balıq tutan iki pişiyin ovu bölüşmək uğrunda apardığı mübarizə maraqlı anlarla yadda qalıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə sahil ərazisində baş verib. Dəniz kənarında ovladıqları balığı bir-birinə vermək istəməyən iki pişik uzun müddət ərzində ovu öz tərəfinə çəkməyə çalışıb. Onların mübarizəsi ətrafdakı vətəndaşlar tərəfindən maraqla izlənilib.
Dəqiqələrlə davam edən çəkişmə nəticəsində balıq iki hissəyə bölünüb. Hər iki pişik payına düşən parçanı götürərək ərazidən uzaqlaşıb. Maraqlı anlar bir vətəndaşın mobil telefon kamerası ilə qeydə alınıb.
Pişiklərin “yarıbayarı” başa çatan bu qeyri-adi paylaşımı izləyənlərin üzündə təbəssüm yaradıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387963/ovladiqlari-baligi-bolmek-ugrunda-mubarize-aparan-pisikler-sosial-mediada-gundem-olub-video



