Hadise
Ordumuzun əsgəri VƏFAT ETDİ – İki ay sonra tərxis olunacaqdı

Sonxeber.az “Unikal”a istinadla xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib.
Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən 2006-cı ildə anadan olub “Xətai” ləqəbli Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.
Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.
Mənbə: https://sonxeber.az/388330/ordumuzun-esgeri-vefat-etdi-iki-ay-sonra-terxis-olunacaqdi



