Ölkəsindəki problemi həll etmək üçün Ərdoğanı nümunə göstərdi: "Onu bura gətirməliyik" - VİDEO - Admenasi
Dunyada

Ölkəsindəki problemi həll etmək üçün Ərdoğanı nümunə göstərdi: “Onu bura gətirməliyik” – VİDEO

Afrikanın Hind okeanı sahillərində yerləşən, Tanzaniyaya bağlı muxtar bölgə olan Zənzibarda bir taksi sürücüsünün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Zənzibardakı bərbad yol infrastrukturundan danışan taksi sürücüsü, problemlərin həlli üçün Ərdoğanı nümunə göstərərək, “Rəcəb Tayyib Ərdoğanı bura gətirməliyik. O, bələdiyyəçilik işini yaxşı bilir” ifadələrini işlədib.

Sürücünün bu sözləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq minlərlə baxış və paylaşım toplayıb. İstifadəçilər isə videoya müxtəlif reaksiyalar verib, bəzi şəxslər bunu zarafat kimi qiymətləndirsə də, digərləri Türkiyədə həyata keçirilən infrastruktur layihələrinə diqqət çəkib.

Hadisə Zənzibardakı infrastruktur problemlərinin beynəlxalq gündəmdə də müzakirə mövzusuna çevrilməsinə səbəb olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385799/olkesindeki-problemi-hell-etmek-ucun-erdogani-numune-gosterdi-onu-bura-getirmeliyik-video

Mənbə: https://sonxeber.az/385799/olkesindeki-problemi-hell-etmek-ucun-erdogani-numune-gosterdi-onu-bura-getirmeliyik-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button