Ölkə bu şəxsi müzakirə edir: Qumarda uduzdu, dəhşət saçdı

ABŞ-ın Florida ştatının Hialeah şəhərində qumarda 3 min 800 dollar uduzduqdan sonra əsəbləşən 46 yaşlı Suniel Arzola uduzduğu marketi soyub, içəridəki qumar aparatlarını dağıdıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Arzola gecə yarısı maska taxaraq və əlində çəkiclə mağazaya daxil olub. Hadisə zamanı market işçisi böyük qorxu yaşayıb. Şübhəli işçini zorla tualetə apararaq oradan çıxmasına icazə verməyib. İşçinin qışqırıqlarını eşidən ətrafdakılar vəziyyəti anlayaraq polisə məlumat veriblər.
Polis hadisə yerinə çatana qədər Arzola çəkiclə dörd oyun aparatını sındıraraq içindəki pulları götürüb. O, həmçinin piştaxta və kassadakı nağd pulu, eləcə də kassirin çantasını oğurlayaraq hadisə yerindən qaçıb. Polis bildirib ki, Arzola həmin marketə əvvəllər də gəlib və qumar aparatlarında pul uduzduğu üçün əsəbiləşib.
Mənbə: https://sonxeber.az/384103/olke-bu-sexsi-muzakire-edir-qumarda-uduzdu-dehset-sacdi



