Olimpiya qalibi medal qazandıqdan sonra sevgilisini aldatdığını etiraf edib

Qış Olimpiya Oyunlarında bürünc medal qazanan norveçli biatlonçu Sturla Lægreid yarışdan sonra verdiyi müsahibədə şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, uğurlu idmançı sevgilisinə xəyanət etdiyini etiraf edərək bununla bağlı dərin peşmanlıq hissi keçirdiyini bildirib. Lægreid, “Həyatımın ən pis həftəsi idi. Bunu ona bir həftə əvvəl dedim və təbii ki, bundan sonra münasibətimiz bitdi. Amma təslim olmağa hazır deyiləm” sözlərini deyib.
İdmançı açıqlamasında etdiyi hərəkətə görə məsuliyyət daşıdığını vurğulayıb və peşmanlığını belə ifadə edib: “Bəlkə də bu cür açıq danışmağım onu nə qədər çox sevdiyimi göstərər deyə ümid edirəm. Etdiklərimin nəticələrinə qatlanıram. Bütün qəlbimlə peşmanam”
Səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



