"Nyukasl" "Qarabağ"la Bakıda keçirəcəyi oyun üçün biletlərin qiymətini açıqladı - Admenasi
Idman

“Nyukasl” “Qarabağ”la Bakıda keçirəcəyi oyun üçün biletlərin qiymətini açıqladı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gələcək İngiltərənin “Nyukasl” klubu Bakıda keçiriləcək ilk matça gəlmək istəyən azarkeşləri üçün bilet qiymətlərini açıqlayıb.

Sonxeber.az xəbər verir ki, bu klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən İngiltərə təmsilçisinin Bakıda keçiriləcək ilk oyun üçün biletlərinin qiyməti 18 funt-sterlinq (təxminən 40 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Mənbə: https://sonxeber.az/386965/nyukasl-qarabagla-bakida-kecireceyi-oyun-ucun-biletlerin-qiymetini-aciqladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button