“Nightfall” ballistik raketi ucuz silah kimi qiymətləndirilmədi

Böyük Britaniyanın Ukrayna üçün hazırlamağı planlaşdırdığı “Nightfall” ballistik raketi ucuz silah kimi qiymətləndirilməyib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yüksək dəqiqlik tələbi bu raketi bahalı silahlar kateqoriyasında saxlayır.
500-600 kilometr məsafədə 10 metrə qədər dəqiqlik yalnız mürəkkəb idarəetmə sistemi ilə mümkündür. Nightfall ATACMS-dən ucuz olsa da, kütləvi istifadəyə uyğun deyil və ildə istehsalı 100 raketi keçməyəcək.
Həmçinin vurğulanır ki, Rusiyanın çoxsəviyyəli raketdən müdafiə sistemi bu tip silahların təsirini məhdudlaşdıra bilər. Nəşr layihənin hələ tender mərhələsində olduğunu və imkanları barədə danışmağın tez olduğunu bildirir.
Mənbə: https://sonxeber.az/385292/nightfall-ballistik-raketi-ucuz-silah-kimi-qiymetlendirilmedi



