Nestle və Swissneo qalmaqalından sonra: körpələr üçün təhlükəsiz qida axtarışı - PEDİATRDAN AÇIQLAMA - Admenasi
Sosial

Nestle və Swissneo qalmaqalından sonra: körpələr üçün təhlükəsiz qida axtarışı – PEDİATRDAN AÇIQLAMA

Son dövrlərdə dünyada və ölkəmizdə Nestle və Swissneo markalarına məxsus bəzi uşaq qidalarında təhlükəsizliklə bağlı problemlərin üzə çıxması valideynlər arasında ciddi narahatlıq yaradıb. Xüsusilə körpə və azyaşlıların qidalanması mövzusunda hər hansı risk cəmiyyət üçün həssas məsələ hesab olunur. Qida təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar fonunda valideynləri düşündürən əsas sual isə budur: əgər tanınmış brendlərin məhsullarında problem aşkarlanırsa, uşaqlar üçün hansı uşaq qidalarına etibar etmək olar? Mövcud vəziyyət həm nəzarət mexanizmlərini, həm də alternativ brendlərin təhlükəsizlik səviyyəsini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, ölkəyə gətirilən məhsullar yoxlanılır. Bizdə Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə həmin uşaq qidaları ilə bağlı heç bir problem aşkar olunmadı. Onun sözlərinə görə, yoxlanılsa belə bütün qidalar yoxlanılmır ki, bir ədəd nümunə istənilən halda yoxlanılır. Yəni bütün qablaşdırılmalar açılmır təbiiki. Yəni süni qidalarda həmişə bu cür risk var: “Çünki bu qablaşdırılmış bir qidadır. Yəni istənilən brenddə bu risk var. Hər hansısa bir brend toxunulmazdır və elə bir problem ola bilməz deyə bir şey yoxdur. Ona görədə analar yaxşı olardı ki, ehtiyac olmadığı müddətcə süni qidalardan istifadə etməsinlər. Ehtiyac varsa bu risk həmişə olacaq. Süni qidalardan o qədər kütləvi şəkildə istifadə olunur ki, nəticədə onunda istehsalında bu cür hallar baş verə bilir.

Çünki istehsal çoxdur. Yəni təlabatdan çoxdur. Çünki hər kəs ehtiyac olduğu, olmadığı təqdirdə belə süni qidaları alır və ana südünün yerinə istifadə edir. Ona görədə bir sıra tədbirlər həyata keçirilməlidir. Anaların maarifləndirilməsi həyata keçirilməlidir. Bundan başqa uşaq qidalarına limit qoyulmalıdır. Yəni doğulan uşaqların sayına uyğun statistika çıxarılıb, ona uyğun məhsul idxal edilməlidir. Həttda mən deyərdim ki, lazım deyil ölkədə mütləq hansısa brend mütləq şəkildə olsun. Ancaq bir məhsul ola bilər. Yəni biz dünyada hansısa bir brendlə əməkdaşlıq edə bilərik və ölkədə müxtəlif adlarda yox, bir adda brend olmalıdır. Yəni mənim brendim satılsın, mən önə keçim və reklama yol verilməsin deyə bir brend olsun və onunda maraqları dövlətin əlində olsun”.

Mənbə: https://sonxeber.az/386398/nestle-ve-swissneo-qalmaqalindan-sonra-korpeler-ucun-tehlukesiz-qida-axtarisi-pediatrdan-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button