Nazirlik xəbərdarlıq etdi: Bu oyuncağı uşağınızdan uzaq tutun!

Türkiyədə Ticarət Nazirliyi sağlamlıq üçün risk daşıdığı müəyyən edilən oyuncaq-aksesuar məhsulunun satışını qadağan edərək, bazardakı məhsulların satışdan çıxarılması barədə qərar qəbul edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Nazirlik Güvənsiz Məhsul Məlumat Sistemi (GÜBİS) vasitəsilə yaydığı son açıqlamada istehlakçı sağlamlığı baxımından təhlükəli hesab olunan bir oyuncaq aksesuar məhsulu barədə ictimaiyyətə məlumat verib. Bildirilib ki, sözügedən məhsulun istifadəsi istehlakçılar üçün təhlükə yaradır.
Bazar nəzarəti və monitorinq tədbirləri çərçivəsində səlahiyyətli qurumların apardığı yoxlamalar zamanı “Minnie Peluş Ponpon Anahtarlıq” adlı məhsulun istifadəçilər üçün riskli olduğu müəyyən edilib. Aparılan qiymətləndirmələrdən sonra məhsul güvənsiz kateqoriyaya daxil edilib.
Ticarət Nazirliyi boğulma riski daşıdığı bildirilən məhsulun bazara çıxarılmasını qadağan edib. “Japon Pazarı Suat Sayğın” markasına məxsus olan və satışda olan məhsulların geri yığılması qərara alınıb. Qərar GÜBİS sistemində dərc olunaraq qüvvəyə minib.
Nazirlik vurğulayıb ki, istehlakçı təhlükəsizliyini təhdid edən məhsullar şəffaflıq prinsipi əsasında GÜBİS vasitəsilə ictimaiyyətə açıqlanmaqda davam edəcək.
Mənbə: https://sonxeber.az/386497/nazirlik-xeberdarliq-etdi-bu-oyuncagi-usaginizdan-uzaq-tutun



