Naxçıvanın Payız kəndində traktorların göndərilməsi ilə bağlı rəsmi cavab

Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun olmaması narazılıqlara səbəb olub.
“Babək xəbər” xəbər verir ki, kəndin bir qrup sakini aksiya keçirərək iki ildir kənddə içməli suyun olmadığını, suyu qonşu kəndlərdən əllə daşıdıqlarını bildiriblər. Bu, əkinçilik və maldarlığa ciddi ziyan vurduğunu qeyd ediblər.
Vətəndaşlar Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin müdiri Rüstəm Rüstəmova qarşı da ittihamlar səsləndiriblər. Sakinlərin iddiasına görə, şöbə müdiri onların qarşısını kəsmək üçün əraziyə traktorlar göndərib.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəsmi açıqlaması ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, etiraz edənlərin qarşısına traktor çıxarılmayıb, sadəcə sakinlər orada olan traktorun qarşısını kəsiblər: “Məsələ araşdırılıb. Ərazidə texnikalarımız var idi, 2025-ci ilin sentyabr ayından orada iş gedirdi. Vətəndaşlar da texnikaların qarşısını kəsiblər. Həmin vaxt bizim əməkdaşımız da ərazidə olduğuna görə yanlış anlaşılma yaranıb”.
İdarə də Naxçıvan Muxtar Respublikasının ərazisində quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verdiyini, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradır, bilir. “Hazırda Babək rayonunun Payız kəndi ərazisində mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində 4 saat, Cəhri qəsəbəsi üçün üç gündən bir 4 saat müddətdə verilir”.
İdarənin rəsmi açıqlamasına görə, Payız kənd sakinləri tərəfindən daxil edilmiş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb: “Məlumat üçün bildirək ki, təxminən 1000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilməmiş su şəbəkəsinin olmaması, mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil.”
İdarədən, həmçinin qeyd olunub ki, su ehtiyatlarının həcmine, su şəbəkəsində mühasirə və ziyan dəyən həlların aradan qaldırılması üçün və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı ilə bağlı işlər aparılıb: “Hazırda layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək”.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı işlər aparılıb.
Mənbə: https://sonxeber.az/385790/naxcivanda-vetendaslarin-uzerine-traktor-surulub-resmi-cavab



