Naxçıvana 37 sm qar yağıb - Admenasi
Sosial

Naxçıvana 37 sm qar yağıb

Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.

Sonxeber.az xəbər verir ki, bu barədə report-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Belə ki, Biçənək kəndində səhər saatlarında zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.

Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.

Qeyd olunub ki, Kükü kəndinə qar yağması dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.

Mənbə: https://sonxeber.az/384913/naxcivana-37-sm-qar-yagib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button