Narkotik testi müsbət çıxan Aleyna Tilkinin vəkilindən şok açıqlama!

Məşhur müğənni Aleyna Tilki ilə bağlı aparılan narkotik araşdırması çərçivəsində götürülən saç və qan nümunələrinin nəticələri prokurorluq işinə daxil edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan və ifadəsi alındıqdan sonra sərbəst buraxılan Tilkinin Ədli Tibb Qurumunda (ATK) aparılan analizlərinə görə, qan nümunəsində heç bir narkotik maddəyə rast gəlinməyib. Lakin saç nümunəsində “esrar” (marixuana) ilə əlaqəli pozitiv göstərici müəyyən olunub.
Mövzu ictimaiyyətdə yenidən müzakirə olunduqdan sonra Aleyna Tilkinin vəkili Adem Uğur Kızıldere yazılı açıqlama verib. O bildirib ki, test nəticələri yanlış şərh olunur.
Vəkilin sözlərinə görə, müğənninin qan analizində heç bir narkotik maddə aşkarlanmayıb. Saç nümunəsində qeyd olunan tapıntının isə birbaşa kimyəvi maddə deyil, tüstü ilə əlaqəli bir iz olduğunu vurğulayıb.
Adem Uğur Kızıldere əlavə edib ki, Aleyna Tilki son vaxtlar esrar istifadəsinin qanuni olduğu bir ölkədə olub. Bu səbəbdən nəticənin aktiv istifadə yox, passiv məruz qalma – yəni ictimai məkanda tüstünün udulması və onun saçlara hopması nəticəsində yarandığını iddia edib:
“Müvəkkilimin bu maddənin sərbəst şəkildə istifadə edildiyi bir ölkədə olması səbəbilə, ictimai mühitdə tüstüyə məruz qalaraq saçlarına hopması ehtimalını əsaslı hesab edirik.”
Mənbə: https://sonxeber.az/384862/narkotik-testi-musbet-cixan-aleyna-tilkinin-vekilinden-sok-aciqlama



