Sosial
Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılmışdır. Bu barədə Oxu.Az-a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib.
Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:
“Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəsi həkim nəzarəti altında evdə davam etdiriləcək”.
Onun ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlə əlaqədar müalicə alırdı.
Mənbə: https://sonxeber.az/384224/neriman-hesenzade-xestexanadan-eve-buraxildi



