Nəqliyyat vasitələri hansı hallarda cərimə meydançasına aparıla bilər? - Hüquqşünas AÇIQLADI - Admenasi
Sosial

Nəqliyyat vasitələri hansı hallarda cərimə meydançasına aparıla bilər? – Hüquqşünas AÇIQLADI

Son dövrlər sürücülər arasında nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması ilə bağlı narazılıqlar və suallar artmaqdadır. Bir çox hallarda vətəndaşlar avtomobillərinin hansı əsaslarla və hansı hüquqi çərçivədə cərimə meydançasına aparıldığını dəqiq bilmirlər. Məhz bu səbəbdən “Nəqliyyat vasitələri hansı hallarda cərimə meydançasına aparıla bilər?” sualına hüquqi aspektdən aydınlıq gətirmək zərurəti yaranır.

Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Ramil Süleymanov danışıb.

O, açıqlamasında qeyd edib ki, Dövlət Yol Polisi inspektoru sürücünü saxlayırsa, ilk növbədə bunun səbəbini, yəni hansı qayda pozuntusuna görə onu saxladığını izah etməlidir:

“Nəqliyyat vasitəsi Cərimə meydançasına yalnız müəyyən hallarda – sürücünün sənədləri qaydasında olmadıqda, yol hərəkəti qaydalarının pozulmasına görə yazılan ballar nəticəsində sürücülük hüququ məhdudlaşdırıldıqda və ya avtomobildə konstruktiv dəyişikliklər olduqda və bu dəyişikliklərin aradan qaldırılması mümkün olmadıqda – aparıla bilər.

Qeyd etmək istəyirəm ki, sürücünün cərimə meydançasına aparılması konstruktiv dəyişikliklərlə bağlıdırsa, bu hal mütləq şəkildə “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində nəzərdə tutulmalıdır. Dövlət Yol Polisi inspektoru bunu sürücüyə ətraflı şəkildə izah etməlidir.

Eyni zamanda bildirmək istəyirəm ki, bəzi hallarda vətəndaşlar bir sıra şikayətlərlə müraciət edərək bildirirlər ki, yol polisi əməkdaşı heç bir məlumat vermədən birbaşa sürücünün yanında əyləşir, avtomobili hərəkət etdirməsini tələb edir və hara aparıldıq barədə heç bir açıqlama vermir. Nəticədə, ünvana çatdıqdan sonra vətəndaşa məlum olur ki, o, cərimə meydançasına gətirilib.

Belə hallarda vətəndaşın etirazı haqlı hesab olunur və bunun əsas səbəbi izahın verilməməsidir. Bu baxımdan, yol polisi inspektoru sürücüyə əvvəlcədən daha dolğun və aydın məlumat verməlidir”.

Mənbə: https://sonxeber.az/386999/neqliyyat-vasiteleri-hansi-hallarda-cerime-meydancasina-aparila-biler-huquqsunas-aciqladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button