Nə üçün insanda iş stressi yaranır? – PSİXOLOQ

“Daim təzyiq altında çalışan insanın beyni gərgin və təhlükə rejimində qalır. Bu isə zamanla səbəbsiz yerə narahatlıq, daxili gərginlik, panik reaksiyalara, depressiya, emosional tükənmə, motivasiyanın olmaması, laqeydlik, yaddaş zəifləməsinə qədər gətirib çıxara bilər. Özünə inam azalır və insan özünü yetərli hiss edə bilmir. Zamanla psixosomatik təsirlər özünü göstərməyə başlayır. Yəni baş ağrıları, yuxu pozuntusu, mədə-bağırsaq problemləri və immun sisteminin getdikcə zəifləməsinə səbəb olur”.
Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, nə üçün insanda iş stressi yarandığını açıqlayıb:
” 1. Əgər insan iş və şəxsi həyatı arasında sərhədlərini müəyyən edə bilmirsə.
2. Qısa da olsa, 5-10 dəqiqəlik beyinə fasilə vermirsə.
3. Daxilən keçirdiyi stressin səbəbini fərqinə varmaq, anlamaq əvəzinə onu boğmağa çalışırsa.
4. Bədəni ilə beyin arasında balans yarada bilmirsə, yəni bədən rahat olmadan, dincəlmədən beyin rahat ola bilmir, balansını yaratmağı bacarmırsa.
5. Ən azından özündə baş verən daxili neqativ hallar ilə özü bacarmayıb, aydınlanmaq üçün psixoloqa müraciət etmirsə.
Təbii ki, sonunda insan psixikasında uzun müddət davam edən daxili pozuntular bədəndə səssiz izlər buraxır və nəticədə bu izlər fiziki xəstəliklərə çevrilir”.
Mənbə: https://sonxeber.az/386435/ne-ucun-insanda-is-stressi-yaranir-psixoloq



