Nə dana, nə quzu əti - Ən yaxşısı budur - Admenasi
Sosial

Nə dana, nə quzu əti – Ən yaxşısı budur

Sağlam qidalanma axtarışında olan istehlakçılar üçün sürpriz bir nəticə ortaya çıxıb. Məlum olub ki, insan sağlamlığı üçün dana və quzu ətindən daha faydalı ət var.

Metbuat.az xəbər verir ki, avropalı aimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, ən çox istifadə olunan dana və quzu əti ilə müqayisədə keçi eti sağlamlıq baxımından daha faydalıdır.

Mütəxəssislər qidalanmada keçi ətinin daha faydalı olduğunu sübut ediblər. Keçi əti doymuş yağ və xolesterol səviyyəsinə sahib olduğundan ürək-damar sağlamlığı üçün çox faydalıdır. Eyni zamanda yüksək keyfiyyətli protein mənbəyi olduğu üçün əzələlərin inkişafına və toxumaların bərpasına kömək edir, toxluq hissini uzun müddət saxlayır.

Araşdırmalar həmçinin göstərir ki, keçi əti vitamin və mineral baxımından da zəngindir. Xüsusilə D vitamini, B12, dəmir və sinklə immun sistemini gücləndirir. Alimlər keçi ətini ürək sağlamlığını qorumaq istəyənlər və sağlam qidalanmaya önəm verənlər üçün tövsiyə edirlər.

Mənbə: https://sonxeber.az/388469/ne-dana-ne-quzu-eti-en-yaxsisi-budur

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button