Mübahisə etdiyi sevgilisi və anasının maşınlarını yandırdı – VİDEO

Antalyanın Muratpaşa rayonunda bir nəfər mübahisə etdiyini iddia etdiyi sevgilisi və onun anasına məxsus iki avtomobili yandırıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Muratpaşa rayonunun Bayındır məhəlləsində baş verib. Məlumata görə, Hüseyn A. küçədə mübahisə etdiyi sevgilisi və onun anasına məxsus avtomobilləri yandırıb.
Alov qısa müddətdə güclənərək ətrafda təşvişə səbəb olub. Yanğın zamanı avtomobillərdə vaxtaşırı partlayış səsləri eşidilib. Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov nəzarət altına alınaraq söndürülüb. Lakin hər iki avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Yanğın və partlayış anları ərazidə olan vətəndaşlar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.
Polis əməkdaşları tərəfindən saxlanılan şübhəli xidmət avtomobilinə mindirildikdən sonra susmaq hüququndan istifadə etdiyini bildirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/387694/mubahise-etdiyi-sevgilisi-ve-anasinin-masinlarini-yandirdi-video
Mənbə: https://sonxeber.az/387694/mubahise-etdiyi-sevgilisi-ve-anasinin-masinlarini-yandirdi-video



