Müalicə yox, işgəncə: Xəstəni ayaqlarından tavana asıb çəkiclə “müalicə etdi” – VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər böyük hiddət və təəccüb doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bel yırtığından əziyyət çəkən bir şəxsi qeyri-adi və təhlükəli üsulla “müalicə etdiyini” iddia edən bir şarlatanın hərəkətləri ictimaiyyət tərəfindən kəskin tənqid olunub.
Görüntülərdə şarlatanın xəstəni ayaqlarından tavana asdığı, daha sonra əlində çəkic və dirəklə bel nahiyəsinə müdaxilə etməyə çalışdığı açıq şəkildə görünür. Videoda ağrıları artan xəstənin dəfələrlə qışqırdığı eşidilir. Buna baxmayaraq, şarlatanın hərəkətlərini davam etdirdiyi, hətta sonda yırtıq olan nahiyəyə şillə vurduğu da kadrlara düşüb.
Mütəxəssislər bu cür “müalicə” üsullarının ciddi sağlamlıq riskləri yaratdığını, onurğa və sinir sisteminə geri dönməz zərərlər verə biləcəyini bildirir. Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparması və məsul şəxslər barədə tədbir görülməsi tələb olunur.
Sözügedən görüntülər bir daha tibbi müdaxilələrin yalnız peşəkar həkimlər tərəfindən və elmi əsaslara uyğun aparılmasının vacibliyini gündəmə gətirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385969/mualice-yox-isgence-xesteni-ayaqlarindan-tavana-asib-cekicle-mualice-etdi-video



