Sosial
Müəllim aparıcı televiziya karyerasını bitirib

Qaynarinfo xəbər verir ki, müəllim aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.
O, sosial şəbəkə hesabında qəlizizliyin barədə yazıb: “Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyeramıza son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm”.
İlhamiyyə Rza layihə boyunca yanında olan komandaya təşəkkürünü də bildirib. İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.
Mənbə: https://sonxeber.az/387747/taninmis-aparici-televiziya-karyerasini-bitirdi



