Mövcud pensiyalar nə qədər artar?

Azərbaycanda yaşaya bilən oxucuların müraciəti gəlib ki, onun pensiyası 434 manatla təmsil olunur. Müraciətçinin pensiyası yanvar ayından nə qədər olacaq?
Oxu24.com-un sualını Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli cavablandırıb. İqtisadçı bildirib ki, əgər həmin şəxsin aldığı pensiya əmək pensiyasıdırsa, qanunvericiliyə əsasən hər il yanvar ayından etibarən indeksləşdirilir.
“Bu indeksləşmə əvvəlki il üzrə ölkədə orta aylıq əmək haqqının artım faizi əsasında aparılır. Bildirdiyiniz kimi, artım faizi 9,2% müəyyən edilib. Bu faiz mövcud pensiya məbləğinizə tətbiq olunur. Hazırda pensiyanız 434 manatdır. 9,2% artım bu məbləğın üzərinə əlavə olunur. Yəni, 434 manatın 9,2 faizi hesablanır və alınan məbləğ pensiyaya əlavə edilir. Nəticədə pensiya təxminən 39-40 manat artır. Bu artımdan sonra yanvar ayından etibarən pensiyanız təxminən 474 manat təşkil edəcək”- deyə iqtisadçı Akif Nəsirli vurğulayıb.
Dəqiq məbləğ yuvarlaqlaşdırma və rəsmi hesablamalara görə bir qədər fərqlənə bilər, lakin ümumi məntiq və qayda bu şəkildədir. Amma bu pensiyaların artımı sayılmır. Bu əmək pensiyasının il ərzində itrilmiş real dəyərinin nominal qaydada kompensasiya edilməsidir.
“Bu indeksasiya yalnız əmək pensiyalarına aiddir. Bununla yanaşı vətəndaşların əmək haqqından DSMF-yə ödədiklərini sığorta kapitalı da indeksasiya edilir. Amma sığorta kapitalı illik inflyasiya faizinə uyğun indeksasiya ediləcək. Hələ Statistika Komitəsinin konkret açıqlaması olmasa da, 2025-ci ildə ölkədə qiymətlərin illik artım tempi təxminən 5-6% olub. Yəni sığorta kapitalının 5-6% artacağı gözlənilir”- deyə iqtisadçı Akif Nəsirli vurğulayıb.
Mənbə: https://sonxeber.az/386731/bu-meblegde-pensiya-alanlara-artimla-bagli-sad-xeber



