Hadise
Mingəçevirdə bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
Şəhər sakini, 38 yaşlı Nübar Yusifova və qızları -16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli və oğlu 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Mənbə: https://sonxeber.az/387031/mingecevirde-bir-ailenin-dord-uzvu-dem-qazindan-zeherlendi



