Hadise
Mingəçevirdə bədbəxt hadisə: Marketdə alış-veriş edən şəxs qəfil öldü

Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib.
Sonxeber.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb.
Alış-veriş etmək üçün marketə gələn 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun halı qəfil pisləşib və o, yerə yıxılıb. Hadisə yerinə çağırılan həkimlər tərəfindən aparılan ilkin müayinə zamanı kişinin ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib.
Mənbə: https://sonxeber.az/387301/mingecevirde-bedbext-hadise-marketde-alis-veris-eden-sexs-qefil-oldu



